“Qarabağ” qələbə qazandı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tur start verilib. İlk qarşılaşmasında “Qəbələ” səfərdə “Sabah” klubunu minimal hesabla məğlub edib.

Günün ikinci qarşılaşmasında isə son çempion “Qarabağ” səfərdə “Sumqayıt”a qalib gəlib – 2:0.

“Qarabağ”ın heyətində hesabı 20-ci dəqiqədə Filip ozobiç açıb. Matçın 81-ci dəqiqəsində isə Bədavi Hüseynov ağdamlıların ikinci qoluna imza atıb.

Sabah, fevralın 10-da, XVI turun daha iki qarşılaşması keçiriləcək. 

Lider “Neftçi” doğma meydanda “Keşlə”ni, “Səbail” isə “Zirə” komandasını qəbul edəcək.



(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top