Lənkəranda 400 şagirdin təhsil aldığı məktəb qəzalı vəziyyətdədir - FOTOLAR


Lənkəran rayonu Veravul kəndində yerləşən Canəli Əzimov adına 2 saylı orta məktəb binası yararsız vəziyyətdədir.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Tədris binası kimi istifadə edilən binanın XX əsrin 50-ci illərində ferma məqsədilə tikildiyi qeyd olunur. Tam yararsız halda olan məktəb binasının döşəməsi çürüyüb, divarları qəzalı vəziyyətdədir. Tavanı isə hər an çökə bilər.

55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə sovet dövründə qapı və pəncərələrinə, döşəmə və divarlarına boya vurulub. Hazırda məktəb binasından 400-ə yaxın şagird, 40-a yaxın müəllim kollektivi tədris üçün istifadə edir. 

Təhsil Nazirliyindən trend-ə bildirilib ki, sözügedən məktəbin tikintisi nəzərdə tutulub: "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bu istiqamətdə işlər görüləcək. Sözügedən məktəb binasının tikintisi də nəzərdə tutulub. Məsələyə növbəti illərin dövlət investisiya proqramında baxılacaq".

DİGƏR XƏBƏRLƏR

Top