
"Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayrılıq" mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat edib".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rütəmxanlı "facebook" səhifəsində yazıb.
O bildirib ki, "Ayrılıq" şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimi yazıb:
"Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayrılıq" milyonlarla soydaşımızı birləşdirən bir könül körpüsüdür və öz müəlliflərini həmişə diri saxlayacaq. Dünya Azərbycanlıları Konqresi adından Fərhad İbrahimin yaxınlarına baş saglığı verir, ona Allahdan rəhmət diləyirəm".
Tətbiqimizi yükləyə bilərsiniz