Müəllimlə valideyn saçyoldusu ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycanda müəllim və valideyn arasında dava düşüb.

Yeniavaz.com xəbər verir ki, adisə ilə bağlı unikal.org-a açıqlama verən Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov  10 nömrəli məktəbdə insidentin baş verdiyini təsdiqləyib. Şöbə müdiri bildirib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi araşdırma aparır:

“Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmaya başlanılıb. Davada məktəbin direktoru Arzu Əliyevanın iştirak etdiyi bildirilsə də, əslində başqa bir müəllimlə valideyn dalaşıb. O videonu yayan məktəbin təlim tərbiyə işləri üzrə direktorudur. Bu məsələnin böyüməsində maraqlı olan tərəflər var. Müəllimlərdən biri həmin məktəbdə olan nəvəsini götürmək üçün sinifə gedib. Həmin valideynin uşağı da qapıya təpik vururmuş. Nəvəsini götürməyə gedən müəllim də həmin şagirdə iradını bildirib. Şagird də valideynini məktəbə çağırıb. Sonra da onlar arasında olan mübahisə davaya çevrilib. Yaxın günlərdə Təhsil Nazirliyi bu məsələ ilə bağlı açıqlama verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top