Muzey alman əsirinin yazdığı kitabın tərcüməsi ilə bağlı məsələ qaldırıb


Alman əsiri Villi Deşşin gündəliyi və alman əsirlərinin xatirələri haqqında kitabı Mingəçevir Tarix muzeyinin 16 min  eksponatı içərisində olan ən maraq doğuran və qorunub saxlanılan eksponatıdır. Yeniavaz.com olaraq bu günlərdə Mingəçevir Tarix muzeyinin direktoru Nofər Məmmədəliyevlə görüşüb bu maraqlı eksponatla bağlı daha ətraflı  məlumat almağa çalışdıq. Nofər Məmmədəliyev bildirdi ki,1945 ci ilin payız aylarının sonlarında Mingəçevirə SES tikintisində işçi qüvvəsi kimi çalışmağa 10 min alman hərbi əsiri gətirilib:” Hərbi əsirlərdən Mingəçevir SES tikintisi ilə yanaşı ,sonrakı illərdə də şəhərin salınmasında da istifadə olunub.Həmin əsirlərdən burda ölənlərdə oldu.Sağ qalanlarda .Həmin ölən alman əsirləri üçün Mingəçevirdə alman qəbirstanlığı da slındı.Hazırda Mingəçevir alman qəbirstanlığında  827  alman əsirlərinin  qəbiri var. 1950 ci ildə qalan əsirlər bəraət alıb öz ölkələrinə qayıtdılar. Bu əsirlərin içərisində Villi Deşş  adlı bir əsir keçirdiyi əsirlik illərindən bir əl yazma şəkilində kitab yazdı. Bu kitabda alman əsirlərinin  Mingəçevirdə əsirlikdə olduqları müddətdə başlarına gələn əhvalatlar əks olunur. 1998 ci ildə Villi Deşş 4 nəfər əsir yoldaşı ilə  Mingəçevirə həm burdakı soydaşlarının qəbirlərini  ziyarət etmək üçün, həm də gəzmək üçün gəliblər. Həmin vaxt bu xatirə kitabını bizə təqdim etdilər. Bizim muzeyin 1600 eksponatı var. Amma bu eksponat daha çox maraq kəsb edir. Gələn turistlər onun haqqında maraqlanırlar. Hətta bu yaxınlarda bir alman ər-aravad turist  muzeyə gələrkən bu kitabı oxuyub çox təsirlənmişlər”.

Nofər Məmmədəliyev kitabdakı bir neçə maraqlı xatirəni də bizə açıqladı:”Villi Deşş yazırdı “biz müharibə zamanı bu xalqa çox zülümlər verməyimizə baxmayaraq, onlar bizə düşmən gözü ilə baxmırdılar. Əksinə bizə isti yeməklər verirdilər, qayğımız qalırdılar. Biz işə gedib, gələrkən onların gözlərinə baxırdıq lakin onların gözündə kin-küdurət görmürdük”. Mən onu da bildirmək istərdim ki, həmin bu kitabı 4 dildə tərcümə etdirib muzeyimizdə saxlamaq niyyətindəyik. Bu məqsədlə Multukultralizm mərkəzinə  məktubla müraciət etmişəm. Lakin hələ ki, bir nəticə yoxdur. Çünki bu kitabda Azərbaycan xalqı haqqında, Mingəçevir haqqında çox gözəl sözlər yazılıb. Bizim milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Bu məqsədlə də bu kitabın tərcüməsi çox önəmlidir”. Esmira Hidayətova,Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top