Türkiyədə azərbaycanlı yaxalandı


Türkiyədə çirkli pulların yuyulmasında ittiham edilən azərbaycanlı E.H. saxlanılıb. 

E.H. Maliyyə cinayətlərinin qarşısının alınması şöbəsi tərəfindən ələ keçib. 

Bildirilib ki, azərbaycanlı Türkiyədəki iki bankda hesabından 2017-2018-ci illərdə 3 milyon türk lirəsindən çox (968 min AZN) maliyyə əməliyyatı aparıb. 

Şöbə əməkdaşları tərəfindən saxlanılan zaman o, maliyyə əməliyyatları ilə bağlı izahat verə bilməyib və bu səbəbədən həbs edilib. 

E.Hüseynov barəsində araşdırmalar davam edir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top