Sumqayıtda orta məktəbdə yanğın


Sumqayıtda məktəbdə yanğın olub.


Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhərdə orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın giriş qapısı qismən, sahəsi 30 m² olan sinif otağında kitab şkafı və içərisinə yığılmış əşyalar 5 m² sahədə, dəhlizdə 2 ədəd stul və 1-ci mərtəbəsinin dəhlizində masanın üzərində parça örtük yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top