Minimum əmək haqqı artırıldı: Keçmiş SSRİ ölkələri arasında neçənci olduq? - SİYAHI


Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əmək haqqının məbləği Prezident İlham Əliyevin sərəncamına əsasən mart ayının 1-dən etibarən 180 manat olacaq. Yeniavaz.com xəbər verir ki, 38%-lik (50 manat) artıma baxmayaraq minimum əmək haqqına görə Azərbaycanın keçmiş SSRİ ölkələri arasındakı mövqeyi dəyişməz qalacaq.
Məlumat üçün bildirək ki, hazırda keçmiş SSRİ ölkələri arasında minimum əmək haqqının  ən yüksək olduğu ölkə Estoniya  hesab olunur. Estoniyada minimum əmək haqqının  613 dolara bərabərdir.
Digər keçmiş SSRİ ölkələrində minimum əmək haqqının məbləği belə olub:
1. Estoniya - 613 dollar
2. Latviya - 488 dollar
3. Litva - 488 dollar
4. Rusiya - 162 dollar
5. Belarus - 152 dollar
6. Moldova - 152 dollar
7. Ukrayna - 151 dollar
8. Ermənistan - 113 dollar
9. Qazaxıstan - 111 dollar
10. Azərbaycan - 76 dollar  (martın 1-dən 106 dollar)
11. Gürcüstan - 57 dollar
12. Türkmənistan - 43 dollar
13. Tacikistan - 42 dollar
14. Qırğızıstran - 25 dollar
15. Özbəkistan - 24 dollar

Qeyd edək ki, minimum əmək haqqının artımına baxmayaraq orta aylıq əməkhaqqının (540 manat) 33,3%-nə bərabərdir. Bu isə Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun deyil. Belə ki, Avropa Sosial Xartiyasının tələblərinə görə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 68%-dən az olmamalıdır.
Məlumat üçün bildirək ki, minimum əmək haqqı ölkənin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa bağlı deyil. Bu, ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top