Dünyanın ən borclu ölkələri - SİYAHI


Dünyada ən çox xarici borcu olan ölkələrin siyahısı açıqlanıb. Yeniavaz.com ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) açıqladığı hesabata istinadən bildirir ki, dünyanın ən borclu ölkəsi ABŞ hesab olunur. CIA-nın məlumatına görə ABŞ-ın 17,9 trilyon xarici borcu var.
Borclu ölkələrin siyahısında ikinci sırada 8,13 trilyon dollarlıq borcla Böyük Britaniya qərarlaşıb. Ən çox borcu olan 15 ölkə və onların xarici borcu belə olub:
1. ABŞ - 17,9 trilyon dollar
2. Böyük Britaniya - 8,13 trilyon dollar
3. Fransa - 5,36 trilyon dollar
4. Almaniya - 5,33 trilyon dollar
5. Hollandiya - 4,06 trilyon dollar
6. Lüksemburq - 3,78 trilyon dollar
7. Yaponiya - 3,24 trilyon dollar
8. İrlandiya - 2,47 trilyon dollar
9. İtaliya - 2,44 trilyon dollar
10. İspaniya - 2,09 trilyon dollar
11. Avstraliya - 1,71 trilyon dollar
12. İsveçrə - 1,66 trilyon dollar
13. Kanada - 1,61 trilyon dollar
14. Çini - 1,6 trilyon dollar
15. Belçika - 1,28 trilyon dollar
Məlumat üçün bildirək ki, Maliyyə nazirliyinin ötən ilin ilk yarısı üçün açıqladığı sonuncu məlumata görə, Azәrbaycanın xarici dövlәt borcu 9,6 milyard  dollara  (16,3 milyard manat) bərabər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top