
AIS mobil rabitə şirkəti Tailandın Pxuket şəhərində personalı olmayan ilk mağaza açıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, şirkət bu mağazanın açılmasına 20 milyon bat (635,8 min dollar) xərcləyib.
Ticarət obyektində növbə, personal yoxdur və hesabın ödənilməsi üçün nağd vəsait tələb olunmur. AIS-ın mütəxəssisləri qeyd ediblər ki, təşəbbüs personalın işlədiyi digər mağazalarla müqayisədə obyektin gündəlik istismar xərclərini 30-40% azaltmalıdır. Tailandda firmabın 161 ticarət nöqtəsi var.
Qeyd edilir ki, yeni mağazada süni intellektlə idarə olunan “Liza – robot” var. O, müştərilərə ümumi məlumat verir və sorğu əsasında onlara məhsullar və xidmətlər haqqında məlumat verir. Müştərilər ticarət nöqtəsində sərbəst sifariş verə və sensor ekran vasitəsilə alış-veriş edə bilərlər. Onlar məhsul seçə, eləcə də ödəniş həyata keçirə və ala bilər.