İsveçin “Saab Gripen E” qırıcı təyyarəsi Rusiyanın “Su” silsiləsindən olan təyyarələri məhv etmək qabiliyyətindədir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu İsveç Silahlı Qüvvələrinin komandanı Mats Helgesson deyib. Onun sözlərinə görə, “Saab Gripen E” bahalı stels-texnologiyası (təyyarənin nəzərə çarpmasını azaltmaq üçün istifadə edilən texnologiya) olmadan da Rusiya qırıcıları üçün əsl kabusa çevriləcək: “Gripen” xüsusən də E-modeli təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub”.
“Gripen” Amerika və Rusiyanın müasir qırıcılarından fərqli olaraq xeyli sayda silah daşıya bilmir, az nəzərə çarpan deyil, olduqca yüksək sürəti və uzun uçuş məsafəsi yoxdur, lakin uğurlu radioelektron müharibə aparmaqla radiosiqnalı (jamming) boğa bilər.