Həm iştahı açır, həm də şəkərin dərmanıdır – çaşırın inanılmaz faydaları


Ölkəmizdə əsasən Naxçıvan Muxtar Respublikasında yabanı şəkildə bitən çaşır bitkisi bir çox xəstəliklərin, əsasən də şəkər xəstəliyinin dərmanıdır.
Yeniavaz.com xəbər verir ki, bu bitki xalq təbabətində ən çox istifadə olunanlardandır. Çaşır ən təbii iştah açıcılardan hesab olunur. Xəstə insanlar əsasən çaşırı qaynadaraq suyundan istifadə edirlər. Həmçinin mədə-bağırsaq xəstəliklərini də qısa zamanda aradan qaldırır. Ən vacibi xüsusiyyəti isə qanda şəkərin miqdarın tənzimlənməsində mühüm rol oynamasıdır. Bekə ki, çaşır bitən ərazilərdə insanlar demək olar ki, bu xəstəliklə üzləşmirlər.
Çaşırın bütün bu faydaları elmi mənbələrdə də öz əksini tapıb.
Çaşır həmçinin ləzzətli qida mənbəyi sayılır. Əsasən qaynadılıb duzlanaraq və turşusu qoyularaq yeyilir. Çaşır turşusu Azərbaycanın ən qədim milli mətbəx nümunələrindən biridir.

DİGƏR XƏBƏRLƏR

Top