Prezidentlə görüntüləri yayılan nənə danışdı - VİDEO


Şamaxıda dövlət başçısının görüşdüyü və xüsusi münasibət göstərdiyi 91 yaşlı Saray Eyvazova həmin anın təəssüratlarını danışıb.


Yeniavaz.com xezerxeber.az-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin Şamaxıda baş vermiş zəlzələ ilə bağlı bu bölgəyə səfərindən sonra həmin görüntü medianın və sosial şəbəkələrin əsas gündəminə çevrildi.

Dövlət başçısının vətəndaşlarla səmimi davranışı və milli adət-ənənələri öz hərəkətlərində yaşatması diqqətlərdən yayınmadı.

Şamaxı rayonu, Salman Mümtaz küçəsi 33 ünvanında yaşayan Saray Eyvazova deyir ki, zəlzələ nəticəsində evlərinin dağılması narahatlıq yaratsa da, prezidentin bütün olanlarla şəxsən maraqlanması onlarda böyük arxayınlıq yaradıb.

Saray nənə bildirir ki, prezidentlə görüşü zamanı onu ən çox təsirləndirən dövlət başçısının onunla böyük hörmətlə görüşməsi olub.

Saray Eyvazova bildirir ki, dövlət başçısının bu addımı onların dövlətə inamını daha da artırıb.

Qeyd edək ki, dövlət başçısı Şamaxıya səfəri zamanı bir sıra vətəndaşların zəlzələ nəticəsində dağılmış evlərinə baş çəkib və dağıntıların aradan qaldırılması, eləcə də evi yararsız vəziyyətə düşənlərin yeni mənzillərlə təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Hazırda aidiyyəti dövlət qurumları verilən tapşırıqların icrası ilə məşğuldurlar.

DİGƏR XƏBƏRLƏR

Top