
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu İstanbulun Qartal adlanan ərazidə binanın çökməsi səbəbilə 16 nəfərin həyatının itirdiyini bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Soylu ictimaiyyətə sonuncu verilən məlumatlardan sonra daha iki nəfərin öldüyünü və ölənlərin sayının 16 nəfərə çatdığını bildirib. Səhiyyə Naziri Fahreddin Qoca isə Qartalda yerləşən Elmi Tədqiqat Xəstəxanasına gələrək yaralılara baş çəkib.
Qeyd edək ki, son olaraq Şevval Yıldız və 1,5 yaşlı Eylül Dərvişoğlunun cəsədləri binanın qalıqları altından çıxarılıb.

Tətbiqimizi yükləyə bilərsiniz