Con Bolton Rusiyaya Quaydonu Venesuela prezidenti kimi tanımaq üçün vaxt verdi


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Venesueladakı vəziyyətlə bağlı yeni bəyanat verib.

ABŞ rəsmisi Rusiya və digər ölkələrin hələ Venesuelada Xuan Quaydonu prezident kimi tanımağa vaxtlarının olduğunu söyləyib.

Bundan başqa, Con Bolton Venesuela neftini idxal edən dövlətlərə səslənərək onların ödədikləri pulların həqiqətən Nikolas Maduro və onun yaxınlarının əlinə keçib-keçmədiyini yoxlamaları gərəkdyini ifadə edib.

Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ABŞ-ın Venesuelaya təcili olaraq humanitar yardım göstərməyə hazırlaşdığını bildirib. “Ümid edirik ki, Venesuela xalqı və onun ordusu bu yardımı qəbul edəcək”,-deyə Con Bolton tvitter hesabında yazıb.

Venesuela prezidenti Nikolas Maduro isə müxalifəti ölkədəki dağıdıcılıq fəaliyyətinə son qoymağa çağırıb. Onun fikrincə, humantiar yardım adı altında xarici ölkələr Venesuelanın müstəqilliyini məhv etmək istəyirlər.

Bundan başqa, Nikola Maduro ölkədə yeni prezident seçkilərinin keçirilməyəcəyini təkrarlayıb.

Onun sözlərinə görə, müxalifətə əslində seçkilər lazım deyil. “Əgər biz seçkilərin 30 gün sonra baş tutacağını desək, onlar başqa bəhanə tapacaqlar”,-deyə Nikola Maduro qeyd edib. (musavat)

DİGƏR XƏBƏRLƏR

Top