Olimpiya medallarının hazırlanması üçün 50 tona yaxın elektron qurğu toplandı

 
2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiadası və Paraolimpiadasının təşkilatçıları 47,5 ton istifadə olunmayan elektron qurğu toplayıblar. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsinin saytında məlumat verilir. Məqsəd həmin elektron qurğuların tərkibindəki qiymətli metallardan Oyunlar üçün medal hazırlamaqdır.
 
Qeyd edilir ki, vətəndaşlar 5 milyondan çox istifadə olunmayan mobil telefon, noutbuk, planşet və digər qurğular təhvil veriblər. Elektron qurğuların yığılması cari il martın 31-də başa çatacaq. Medalların hazırlanması üçün qurğulardan 30,3 kq qızıl, 4,1 kq gümüş və 2,7 kq bürünc əldə etməlidirlər. 2018-ci ilin oktyabrına olan məlumata görə, təşkilatçılar 28,4 kq qızıl (93,7%), 3,5 kq gümüş (85,4%) və 2,7 kq bürünc (100%) çıxara biliblər. Yığım 2017-ci ilin aprelində start götürüb. 

DİGƏR XƏBƏRLƏR

Top