Göyçayda su kanalından qadın meyiti tapılıb VİDEO


Göyçay rayonunda su kanalından qadın meyiti tapılıb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.

Onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib. Verilən məlumata görə, qadın ruhi xəstə olub və ailə qurmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top