ABŞ-ın "qara siyahı"sında olan şirkət Ermənistana hərbi texnika satmaq istəyir


Rusiyada səfərdə olan Ermənistanın müdafiə naziri Davit Tonoyan bu ölkənin ən böyük hərbi-sənaye şirkətlərindən olan "Rostex" şirkətinin rəhbəri Sergey Çemezov ilə görüşüb. Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan məlumat verib. Məlumatda bildirilir ki, görüşdə Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı bir sıra məsələləri müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, ötən il ABŞ "Rostex" şirkətinə və onun rəhbəri Sergey Çemezova qarşı sanksiya tətbiq edib.
 

DİGƏR XƏBƏRLƏR

Top