Dünyada və regionda ən bahalı mənzillər hansı şəhərlərdə satılır - SİYAHI


Paytaxt Bakı şəhərinin mərkəzi hissəsində mənzillərin bir kvadratmetrinin orta qiyməti 1420 dollara (2415 manat)  bərabər olub. Yeniavaz.com dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını yayınlayan nüfuzlu "numbeo" portalına istinadən bildirir ki, paytaxt şəhərlərinin mərkəzi hissələrində yerləşən mənzillərin qiymətinə görə Honq-Konq ilk sırada qərarlaşıb. Honq-Konqda mənzillərin bir kvadratmetrinin orta qiyməti 1420 dollara 29,2 min dollara yaxındır. Honq-Konqdan sonra bahalı mənzillər Londonda (1 kv.m. 17,6 min dollar), Sinqapurda (16.4 min dollar), Pekində (15,3 min dollar) və Nyu-Yorkda (14 min dollar) qeydə alınıb.
Region ölkələri arasında ən ucuz mənzillər Qırğızıstanın paytaxtı Bişkekdə satılır. Bişkekdə mənzillərin bir kvadratmetrinin orta qiyməti şəhər mərkəzində 815 dollar olub. Bundan əlavə mənzillərin bir kvadratmetrinin orta qiyməti
Ankarada (Türkiyə) 830 dollar,
Daşkənddə (Özbəkistan) 840 dollar,
Astanada (Qazaxıstan) 965 dollar,
Tiblisidə (Gürcüstan) 998 dollar,
İrəvanda (Ermənistan) 1300 dollar,
Minskdə (Belarus)  1550 dollar,
Kiyevdə (Ukrayna) 1650 dollar,
Tehranda (İran) 2880 dollar,
Moskvada (Rusiya) 5000 dollar olub.
 

DİGƏR XƏBƏRLƏR

Top