Türkiyənin bu kanalı saxta xəbər hazırlayır? - VİDEO


Türkiyənin “A Haber” kanalının saxta xəbər hazırlaması ilə bağlı sosial şəbəkələrdə videomaterial yayılıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin böyük kütləyə xitab edən sosial media səhifələrində son günlər ölkənin nüfuzlu xəbər kanalı “A Haber”lə bağlı skandal video yayılıb. Belə ki, videonu çəkən şəxs “A Haber”i saxta və ya əvvəlcədən razılaşdırılmış qaydada insanlardan müsahibə almaqda ittiham edir və onları saxtakar adlandırır.
Kadrlarda isə bir neçə insanın müsahibə vermək üçün yağışın altında gözlədiyini görmək olur. Hətta həmin şəxslərdən biri kadrların sahibini “lazımi orqanlara” şikayət edəcəyini bildirir. Videonu çəkən şəxs həmin adamı nə qədər sorğu-suala tutsa da, o suallardan yayınır.
Kadrlarda, çəkiliş edənlərin həqiqətən də “A Haber” olduğunu oradakılar da təsdiq edir.
Qeyd edək ki, “A Haber” son vaxtlar ümumiyyətlə Türkiyə müxalifəti və insanların əksəriyyəti tərəfindən də qərəzli və yalan xəbərlər hazırlamaqla ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top