İran 1000 kilometr qət edən raket istehsal edib


İran İnqilab Keşikçiləri 1000 kilometr məsafəni dəqiq vura bilən ballistik raket istehsal etdiklərini açıqlayıblar.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, sözügedən məlumatın yayılması qərbin rəsmi Tehrana ballistik raket istehsalını dayandırması üçün təzyiq göstərdiyi vaxta təsadüf edib. “Yeraltı şəhər” kimi də tanınan, İranın yerli raketlərini istehsal etdiyi yerin altındakı hərbi sənaye mərkəzindən yeni raketin fotoları yayılıb. Fotoları İranın rəsmi media qurumları yayıb. “Dezful” adlı raket, İranın daha əvvəl istehsal etdiyi “Zülfüqar” raketinin təkmilləşdirilmiş formasıdır və 450 kiloqram raket başlığı daşıya bilir. İnqilab Keşikçilərinin Komandiri General Məhəmməd Əli Cəfəri, yerin altındakı müəssisənin “qərbin manipuliyasiyasına cavab” olduğunu bildirib və heç nəyin İranı dayandıra bilməyəcəyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top