Nazirlik xəstə inəyi kəndliyə 2500 manata satır - İDDİA - VİDEO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində hələ də narazı vətəndaşlar var.

Yeniavaz.com xəbər verir ki, Demokrat.az-a daxil olan müraciətdə Oğuzun Xaçmaz kənd sakini Elçin Mənsimov iddia edir ki, onun iştirakı olmadan 2 baş iribuynuzlu xəstə heyvan 5 min manat dəyərində qiymətləndirilməklə məcburi ona təqdim edilib.
Daha sonra şikayətçi deyir ki, sözügedən heyvanlar xəstədir və körpə balaları olub: "Nazirliyin bu işlə məşğul olan dələduz adamları həmin balalı heyvanları bir-birindən ayıraraq, balasını da başqa adamlara satırlar. Təsəvvür edin ki, bir xəstə inəyi mənə 2500 manata verirlər. Halbuki, bu pula 3 baş iribuynuzlu sağlam heyvan almaq olar. Mən bununla bağlı ölkə Prezidentinə, Ombudsmana və Prokurorluğa da şikayət göndərmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları bu qədər açıq korrupsiya əməlləri ilə məşğul olurlar".
Şikayətçinin göndərdiyi video və foto materialları da təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top