Bakıda ölümcül virusdan dünyasını dəyişənlərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təstiqini tapmayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən mlumata görə, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. 

12:19***
Bakıda dəhşətli virusdan ölən gənc tələbə qızla bağlı Səhiyyə Nazirliyində araşdırma aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da leptospiroz xəstəliyindən ölümü ilə əlaqədar araşdırma aparılır.

Bundan başqa, 5 nəfərin də həmin virusdan ölməsilə bağlı məsələ araşdırılacaq. Hələlik isə eyni virusdan bir neçə ölüm faktının qeydə alınması ilə bağlı informasiya yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top