Sərhəddə əməliyyatı: 21 kq narkotik tutuldu


Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində 21 kq 775 qram narkotik vasitənin, 261 ədəd psixotop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçirilməsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan iki nəfər şəxs həbs olunub.

DSX-dən Yeniavaz.com-a verilən məlumata görə, üç halda İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən dörd nəfər naməlum şəxsin qarşısı alınıb.

Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd pozucusu əlindəki bağlamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olunmuş dörd ədəd bağlamada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tiryək”, 105 qram “marixuana”, həmçinin, 190 ədəd “tramol 225” markalı həb, 175 ml “mydrax” markalı narkotik tərkibli məhlul aşkar edilərək götürülüb.

Fevralın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndinin yaxınlığında sərhəd pozucusu əlindəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülüb.

Fevralın 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəhmənli kəndi yaxınlığında lakin sərhəd pozucularının atıb qaçdıqları iki ədəd çantanın içərisində 6 kq 670 qr “ko­kos”, 390 qr kristal şəklində narkotik maddə olan “heroin”, 360 qr “marixuana” və 71 ədəd “psixotrop həb” aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər Azərbaycan vətəndaşı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İsmayılov Ramil Ulduz oğlu saxlanılıblar.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top