Bağçadan oğurluq edən şəxs tutuldu


Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsinin rəhbərliyi Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, gecə oradan 2 ədəd kompyuter, 2 ədəd DVD və digər qiymətli əşyalar oğurlanıb. 
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən oğurlanan əşyalar aşkarlanaraq istintaqa təhvil verilib.
​İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu və törətdiyi əməldən peşman olduğunu bildirilib. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top