Bu Afrika ölkəsində 175 rusiyalı muzdlu döyüşçü var

 
Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı hərbi təlimatçı görüntüsü altında “Vaqner” özəl hərbi şirkətin 175 muzdlusu var. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Afrikadakı qüvvələrinin komandanı Tomas Valdhauzer deyib. O, ABŞ Senatının Silahlı qüvvələrlə iş üzrə komitəsində keçirilən dinləmələrdə bildirib ki, həmin muzdlulardan bir qisminin MAR Prezidentinin kabinetinə girişi var. T.Valdhauzer ehtiyatlanır ki, Rusiyanın mövcudluğunun güclənməsi təcrübəsi Afrikanın digər ölkələrində də istifadə oluna bilər. 

DİGƏR XƏBƏRLƏR

Top