Rus hərbçi Suriyada həlak olub

 
Rusiyanın müqaviləli hərbi qulluqçusu Maksim Pletnev Suriyada hərbi tapşırığı yerinə yetirərkən həlak olub. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölən hərbçinin yaşadığı Krasnodar diyarının Tixorets rayonunun administrasiyasının mətbuat xidməti məlumat verib. M. Pletnev yanvarın 31-də 24 yaşında həlak olub. Fevralın 4-də isə Tixorets rayonunda dəfn edilib. Bildirilir ki, o, müqaviləli hərbi xidmətin serjantı olub. M.Pletnev 2012-ci ildən Rusiya Silahlı Qüvvələrinin Hava Desant Qoşunlarında xidmət edir.

DİGƏR XƏBƏRLƏR

Top