BMT: "Qaşıqçı Səudiyyənin rəsmi şəxslərinin törətdiyi amansız qətlin qurbanı olub"

 
Jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının rəsmi şəxslərinin törətdiyi amansız və qəsdən edilən qətlin qurbanı olub. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu BMT-nin məhkəmədənkənar edamlar məsələləri üzrə xüsusi məruzəçisi Anyes Kalamar deyib. O, C. Qaşıqçının qətlinin araşdırıması məqsədi ilə Türkiyəyə etdiyi səfərin yekunları üzrə Cenevrədə bəyanat yayıb. Bəyanatda deyilir: “Türkiyəyə missiyam zamanı toplanılan dəlillər hər şeydən əvvəl göstərir ki, Qaşıqçı Səudiyyə Ərəbistanının rəsmi şəxslərinin planlaşdırdığı və həyata keçirdiyi amansız və bilə-bilə edilən qətlin qurbanı olub”. A. Kalamarın sözlərinə görə, C. Qaşıqçının qətli BMT daxil olmaqla,  beynəlxalq ictimaiyyətin təcili diqqətini tələb edir: “Həm beynəlxalq hüquq, həm də diplomatik missiyalardan qanuni istifadə haqqında tələblər daxil olmaqla, beynəlxalq münasibətlərin əsas qaydaları pozulub”. 

DİGƏR XƏBƏRLƏR

Top