İstanbulda dağıntılar altından daha üç nəfərin cəsədi çıxarıldı


İstanbulun Kartal bölgəsində çökmüş binanın dağıntıları altından daha üç nəfərin cəsədi çıxarılıb. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub.

Faciə yerində axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə İstanbul, Sakarya və Bursadan olan xilasedicilər, tibb işçiləri və çoxlu sayda texnika cəlb edilib. Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top