Bu ölkədə qızılcadan 300 nəfər ölüb


Madaqaskarda on minlərlə insan qızılca xəstəliyinə yoluxub.

Həmin ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2018-ci ildən başlayaraq 20 mindən çox insan xəstəliyə tutulub. Onlardan 300-ü dünyasını dəyişib. Ölənlərin əksəriyyəti uşaqlardır.

Xəstəliyin yayılması isə davam edir. Həkimlərin sözlərinə görə, qızılcanın epidemiya halını almasına səbəb vaksinlərin çatışmazlığıdır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top