"Azəriqaz" abonentlərdən istifadə etmədikləri qazın pulunu alır - FOTOFAKT


Ağdaş rayonunda təbii qazdan istifadə edən vətəndaşlara verilən bildirişlərdə qeyd olunan göstəricilər sayğacın üzərndəki göstəricilərdən artıq olur. Bu barədə məlumatı yeniavaz.com-a Ağdaş rayonunda H.Əliyev prospekti 163 saylı binada yaşayan bir qrup sakini verib. Sakinlər bildiriblər ki, "Azəriqaz"ın əməkdaşları istifadə etmədiyi təbii qaza görə onlara borc yazıblar.
Abonent Gülnarə Əliyevaya təqdim olunan bildirişdə təbii qazdan istifadə üzrə son göstərici 11259 kub metr göstərilir, lakin sayğacda bundan az - 11250 kub metr qazdan istifadə olunduğu görünür.
Məsələ ilə bağlı "Azəriqaz"ın Ağdaş şöbəsinin 104 qaynar xəttilə əlaqə yaratdıq. Qaynar xəttdən bildirdlər ki, bu məsələyə abone şöbəsi baxır. Amma abone şöbəsinə etdiyimiz zənglər cavabsız qaldı.
Aşağıdakı fotolarda "Azəriqaz"ın əməkdaşları tərəfindən abonentlərə verilən bildirşlər və qaz sayğacındakı məlumatlar arasındakı fərq açıq şəkildə görünür.
Pərviz Əliyev, Ağdaş.


 

DİGƏR XƏBƏRLƏR

Top