Azərbaycanda gənclərin sayı azalıb, yaşlıların sayı artıb - RƏSMİ


Azərbaycan SSRİ-nin tərkibindən ayrılıb öz müstəqilliyini elan edən zaman - 1991-ci ildə ölkə əhalisinin 28,6%-i və ya 2 milyon 65,9 min nəfəri 15-29 yaş arasında gənclər, 4,8%-i və ya 344,7 min nəfəri 65 yaşından yuxarı yaşlılar olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, son 28 ildə Azərbaycanda ümumi əhaliyə nisbətdə gənclərin sayı azalıb, yaşlıların sayı artıb.
Məlumat üçün bildirək ki,ötən il ölkə əhalisinin 24,1%-ni və ya 2 milyon 387 min nəfərini 15-29 yaş arasında gənclər, 6,5%-i və ya 648,6 min nəfərini isə 65 yaşından yuxarı yaşlılar təşkil edib.
Qeyd edək ki, 1991-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyon 218,5 min, 2018-ci ildə isə 9 milyon 898,1 min nəfər olub.
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top