Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib


FIFA dünya yığmalarının 2019-cu il üçün ilk reytinq siyahısını açıqlayıb. Azərbaycan millisi mövqeyində dəyişiklik baş verməyib. Yığma yenə 1206 xalla 107-ci pillədə qalıb. Milli ötən ilin dekabrında açıqlanan yekun siyahıdan bəri heç bir oyun keçirməyib. Ötən müddət ərzində Asiya kubokunun final mərhələsi, eləcə də azsaylı yoldaşlıq matçları baş tutub. (report)

DİGƏR XƏBƏRLƏR

Top