Apellyasiya Məhkəməsi Koçaryanla bağlı qərarını verdi


Ermənistanın Apellyasiya Məhkəməsi ölkənin keçmiş Prezidenti Robert Koçaryanı həbsdə saxlayıb. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bunu prokuror Vaaqn Muradyan məhkəmə iclasından sonra jurnalistlərə deyib. Onun sözlərinə görə, məhkəmə hökm verib: “O, müdafiə tərəfinin bütün şikayətlərini tam geri çevirib, Koçaryan həbsdə qalmağa davam edəcək. İttiham tərəfi hesab edir ki, Koçaryan azadlıqda olarkən istintiqdan gizlənməyə çalışa bilər. Koçaryan məhkəmə iclasında iştirak edib”. Xatırladaq ki, R. Koçaryan ötən ilin iyulunda həbsə atılıb. O, 2008-ci ilin martında respublikada konstitusiya nizamını devirməkdə ittiham olunur.

DİGƏR XƏBƏRLƏR

Top