Pompeo: Putin bunu çox istəyir, lakin Tramp imkan verməyəcək

 
Rusiya ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxararaq regionda əsas ölkə ola bilməyəcək. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın qoşunları Suriyadan çıxarmaq qərarından sonra bölgədə dominantlıq etməyə çalışır. M. Pompeo qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bunu çox istəyir, lakin Donald Trampın prezidentliyi dövründə bu baş verməyəcək: “Yaxın Şərqdə ərsəyə gətirdiyimiz tərəfdaşlıq dərin və möhkəmdir”. O, arqument qismində Amerikanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya və İsraillə olan möhkəm münasibətlərini misal çəkib: “Bu ölkələr amerikalıları Yaxın Şərqdən gələn təhdidlərdən qorumaq üçün Birləşmiş Ştatların dayağıdır”. 

DİGƏR XƏBƏRLƏR

Top