ABŞ İsraildən “Dəmir qübbə” alacaq

 
ABŞ ordusu İsraildən bir neçə “Dəmir qübbə” raket hücumundan müdafiə sistemi almaq niyyətindədir. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bu barədə hərbçilərin bəyanatında deyilir. Bildirilir ki. “Dəmir qübbə” təhlil ediləcək və sınaqdan keçiriləcək: “Sistem amerikalı hərbçilərin geniş çeşid təhdidlərdən qorunması üçün hazırda əlçatandır”. Taktiki sistemləri istehsal edən İsrailin “Rafael” şirkəti bu informasiyanı təsdiqləyib, lakin ətraflı məlumat verməyib. İsrailin Baş naziri Benyamin Netanyahu sazişi ölkə üçün böyük nailiyyət adlandırıb: “Bu, ABŞ-la möhkəm ittifaqın olduğunu və İsrailin dünyada statustunun möhkəmlənməsini təsdiq edir”. Daha əvvəl verilən məlumata əsasən, ABŞ iki batareya “Dəmir qübbə” almağa hazırlaşır. Amerikalı hərbçilər bu məqsədlə Konqresə müraciət edərək 370 milyon dolların ayrılmasını istəyiblər. 

DİGƏR XƏBƏRLƏR

Top