Mingəçevirdə "Azərsu” ASC-nin pilot layihəsi həyata keçiriləcək


Mingəçevir şəhər İcra Hakimiyyətində şəhər ictimaiyyətinin, idarə, müəsissə rəhbərlərinin və "Azərsu” ASC-nin rəhbərlərinin iştirakı ilə yeni pilot layihə barədə görüş keçirilib. Yeniavaz.com xəbər verir ki, Mingəçevirdə həyata keçiriləcək layihənin əsas məqsədi əhalini təmiz, keyfiyətli su ilə təmin etməkdən ibarətdir. Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məlumat verərək bildirib ki, artıq şəhərdə su-kanalizasiya xətlərinin çəkilməsi işləri başa çatmaq üzrədir. Layihə barədə "Azərsu”ASC-nin direktor müavini Etibar Məmmədov məlumat verib. O, bildirib ki, məqsədimiz mingəçevirliləri təmiz su ilə təmin etməkdir: "Mingəçevir şəhərində pilot layihənin təqdimatı ilə ayrıca tədbirimiz olacaq. Bizim  mingəçevirlilərə hədiyyəmiz də olacaq. Bu şəhərdə quraşdırılacaq "Su parkıdır”. Ümumilikdə əsas məqsədimiz su təchizatının 24 saatlıq rejimlə təmin edilməsi, su itkilərinin qarşısının tam olaraq alınması, yığım səviyyəsinin yüksəldilməsi, su təchizatında məsrəflərin minumuma endirilməsi və s.məsələlərdir.  Onu da qeyd edim ki, Mingəçevir və Yevlax şəhərlərini, həmçinin ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib”.
Daha sonra mövzu ətrafında fikirlərə aydınlıq gətirilib."Azərsu”ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı suallara aydınlıq gətirib. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top