Maduro hökuməti BƏƏ və Türkiyəyə onlarla ton qızıl satıb

 
Nikolas Maduro hökuməti ötən il Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Türkiyəyə 73 ton qızıl satıb. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu Venesuela Milli Yığıncağının (parlament) deputatı Karlos Paparoni deyib. O, həmçinin iddia edib ki, N. Maduro administrasiyası bazar ertəsindən bəri pulları Avropa İttifaqındakı bank hesabları arasında köçürə bilmir. Daha əvvəl verilmiş məlumata əsasən, Venesuela hakimiyyətinin planında daha 20 ton qızıl satmaq olub, lakin ictimaiyyətin xüsusi diqqət göstərməsi səbəbindən sövdələşməni təxirə salıb.  

DİGƏR XƏBƏRLƏR

Top