İstanbulda uçan bina icazəsiz tikilibmiş


İstanbulun Cevizli məhəlləsində 8 mərtəbəli bina uçub.

İlkin məlumatlara görə, dağıntılar altında qalan iki nəfər dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, binada çökməmişdən öncə güclü partlayış səsi eşidilib.

Məlumata görə, dağıntılar altında çoxsayda yaralı var. Hadisə yerində polis, yanğınsöndürmə və təcili yardım xidmətləri çalışır.

İstanbul valisi Ali Yerlikaya isə 8 mərtəbəli binanın 3 mərtəbəsinin icazəsiz olaraq tikildiyini bildirib.(sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top