Gürcüstan ilə sərhəddə yerləşən "Qırmızı Körpü", "Sadıxlı", "Böyük Kəsik" və "Mazımçay" Gömrük Sərhəd Buraxılış Məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər daha da gücləndirilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti qeyd olunan ərazilərə ezam olunub. Piyada və avtomobil yolu ilə keçən, hər hansı bir qrip və epidemiya halları aşkar olarsa, əvvəl ilkin tibbi yardım otağına, daha sonra səyyar hospitala yerləşdirlir. Burada eyni zamanda iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.
Bundan əlavə, vətəndaşlarla birbaşa təmasda olan gömrük əməkdaşlarının qrip epidemiyasından qorunması üçün şəxsi gigiyena qaydaları haqqında təlimlər keçirilir.
Mobil səyyar hospital həkim heyəti ilə birlikdə bir ay müddətində "Qırmızı Körpü" gömrük postunda xidmət göstərəcək. Respublika üzrə bütün sərhəd buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələrinin təşkil edilməsi planlaşdırılır.
(XəzərTv)