
Rusiya Prezidenti Vladimir Putin ölkəyə vizasız giriş hüququ olan Türkiyə vətəndaşlarının kateqoriya siyahısını genişləndirib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, V. Putin bununla bağlı müvafiq fərman imzalayıb. Bundan sonra Türkiyə vətəndaşları Rusiyadakı diplomatik nümayəndəliklərə və konsulluq qurumlarına ezamiyyət zamanı xüsusi pasportlarla vizasız rejim üzrə giriş edə biləcəklər. Həmçinin, beynəlxalq avtodaşımalar həyata keçirən peşəkar sürücülər də bu kateqoriyaya aid edilir. Fərmana əsasasən, bir şərtlə ki, Türkiyə Rusiya vətəndaşlarına qarşı analoji addımları atmalıdır.