
Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsərək heyvansevərləri qəzəbləndirən azərbaycanlı ata videomüraciət yayıb.
Həmin şəxsin Belıy Yar qəsəbə sakini, 30 yaşlı azərbaycanlı olduğu müəyyənləşib. O da məlum olub ki, ailənin 3 uşağı var, yeni doğulan körpə isə qız olub.
Ata videomüraciətində qoyunun körpəyə görə kəsildiyini, heç kimi incitmək məqsədinin olmadığını bildirib: “Bütün surqutlulardan üzr istəyirəm”.
Qeyd edək ki, həmin şəxsi Rusiya qanunlarına görə 500-dən 1000 rubla qədər cərimə və ya 15 sutka həbs gözləyir.
(qafqazinfo)