Əcnəbilərin Azərbaycan banklarında 764 milyon manat pulu var


Bu ilin əvvəlinə olan məlumata görə fiziki şəxslərin banklarda 8 milyard 375,4 milyon manat əmanətləri olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, əmanətlərin 90,9%-i və ya 7 milyard 611,6 milyon manatı Azərbaycan vətəndaşlarına, 9,1%-i və ya 763,8 milyon manatı isə xarici ölkə vətəndaşlarına məxsus olub.  
Azərbaycan vətəndaşlarına məxsus əmanətlərin 3 milyard 38,9 milyon manatı milli, 4 milyard 572,7 milyon manatı isə xarici valyutada banklara yerləşdirilib.
Xarici ölkə vətəndaşlarına məxsus əmanətlərin 103,3 milyon manatı milli, 660,5 milyon manatı isə xarici valyutada banklara qoyulub.
 

DİGƏR XƏBƏRLƏR

Top