“Razılığım olmadan məni dünyaya gətirdilər” - QƏRİBƏ ETİRAZ


Hindistanda bir nəfər “razılığım olmadan məni dünyaya gətirdilər” deyərək ata və anasını məhkəməyə verməyə hazırlaşır.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, 27 yaşlı Rafael Samuel özünü “antinatalist” kimi təqdim edir. “The Print” jurnalına verdiyi müsahibə zamanı Samuel fikrini belə izah edib: “Dünyada əziyyət çəkəcəkləri bəlli olduğu halda yenə də dünyaya uşaq gətirmək doğru deyil. Heç bir uşaq ata və anasına heç nə borclu deyil”.
Qeyd edək ki, Samuelin ata və anası ilə münasibətləri normaldır və heç bir problem yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top