Zəlzələ ehtimalı ən yüksək olan bölgələr - RƏSMİ


Şamaxı - İsmayıllı, Zaqatala - Şəki - Balakən və Gəncə - Daşkəsən bölgələri və həmçinin Xəzər dənizi seysmik baxımdan daha aktiv zonalarda yerləşir.

Bu məlumatı yeniavaz.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib: “Azərbaycan seysmik baxımdan aktiv bir bölgədə yerləşdiyi üçün, bölgədə hər zaman zəlzələ baş vermə ehtimalı var. Ancaq zəlzələnin harada, nə zaman və hansı gücdə olacağını bilmək olmaz. Buna baxmayaraq təbii ki, daha aktiv zonalarda yerləşən yaşayış məntəqələri də var ki, burada yaşayan insanlar daha diqqətli olmalıdırlar. Şamaxı - İsmayıllı, Zaqatala - Şəki - Balakən və Gəncə - Daşkəsən bölgələri və həmçinin Xəzər dənizi seysmik baxımdan daha aktiv zonalarda yerləşir. Ancaq seysmik baxımdan aktiv bölgədə yerləşməsi, burada hər gün zəlzələ olacağı mənasına gəlmir. Sadəcə zəlzələ olan zaman yerin altındakı zəlzələ ocaqlarında enerji boşalması olur ki, bunun üçün də müəyyən qədər vaxt keçməlidir. Dünyadakı bütün seysmoloqların fikri belədir ki, zəzələnin dəqiq proqnozu yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top