Mehman Əliyev: "Turan"ın redaktoru İrəvanda "soyqırım abidəsini" ziyarət etməyib"

 
Xəbər verdiyimiz kimi, "Turan" informasiya agentliyinin redaktoru Şahin Hacıyev öz işçi qrupu ilə birlikdə Ermənistana səfər edib. "Ermenihaber.am" xəbər saytı məlumat yayıb ki, İrəvanda olan Şahin Hacıyev qondarma erməni soyqırımı abidəsini ziyarət edib. Bu məlumat Azərbaycanın bəzi xəbər saytlarında "Azərbaycanlı jurnalist "erməni soyqırımı qurbanları" abidəsini ziyarət edib" başlığı ilə yayımlanıb.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Şahin Hacıyevin qondarma erməni soyqırımı abidəsini ziyarət etməsilə bağlı erməni mətbuatında yer alan məlumatlar yalandır: "Əməkdaşımız qondarma erməni soyqırımı abidəsini ziyarət etməyib. Şahin Hacıyev Ermənistan səfərilə bağlı silsilə yazılar hazırlayır. Növbəti yazısında bu məsələdən də bəhs olunacaq".
Məlumat üçün qeyd edək ki,  Şahin Hacıyevin Ermənistana səfəri Azərbaycanın və Ermənistanın müvafiq orqanlarının razılığı ilə baş tutub. Səfər zamanı jurnalist bu ölkədən reportaj və müsahibə hazırlayacaq. 

DİGƏR XƏBƏRLƏR

Top