Tramp: ABŞ-da iqtisadi möcüzə baş verir


ABŞ Prezidenti Donald Tramp Konqres qarşısında “Ölkədəki vəziyyət haqqında” illik çıxışında öz hakimiyyətinin iqtisadi möcüzələri və digər uğurları barədə danışıb.
Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ-da hazırda iqtisadi möcüzə baş verir. D. Tramp qeyd edib ki, bunun qarşısını ancaq axmaq müharibələr, siyasət və mənasız partizan araşdırmaları (onun Rusiya ilə əlaqələrininin araşdırılması) ala bilər: “Hər iki partiyanın siyasətçiləri qisas siyasətini dayandırmalı və iki partiya kimi deyil, bir millət kimi fəaliyyət göstərməlidirlər”. Amerika lideri əlavə edib: “Cəsur döyüşçülərimizin Suriyadan evə qayıtmasının vaxtı çatıb. Əfqanıstan üzrə danışıqları sürətləndirmişəm”.

DİGƏR XƏBƏRLƏR

Top