Ermənistan Qətərdə səfirlik açması ilə bağlı bu ölkə ilə razılığa gəlib.
Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bu barədə müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul olunub. Qərar iki ölkə arasında münasibətlərin son illər aktivləşməsi ilə əsaslanır. Diplomatik nümayəndəlik Qətərin paytaxtı Dohada açılacaq. Razılaşmaya əsasən, səfirliyin saxlanılmasına 192,5 min dollar xərclənəcək, bu məbləğin 110 minini qarşıdakı üç ildə Qətər verəcək.