Fransa hər il qondarma “erməni soyqırımı”nı qeyd edəcək


Fransa Prezidenti Emanuel Makron, 1915-ci il hadisələrinin il dönümü olan 24 apreli “Erməni soyqırımının anım günü” elan edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, E. Makron rəsmi Tvitter səhifəsində bu barədə məlumat yayıb. Məlumatda belə deyilir: “Fransa tarixlə üzləşir. Növbəti həftələrdə söz verdiyim kimi 24 apreli “Erməni soyqırımının anım günü” elan edəcəcyik”.
Qeyd edək ki, bu qərar Makronun 2017-ci ildəki seçki vəədlərindən biri idi. Makron həmçinin bu qərarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əvvəlcədən bölüşdüyünü bildirib. Hələ ki, bu qərara Ankaradan rəsmi cavab gəlməyib.

DİGƏR XƏBƏRLƏR

Top