Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun verdiyi məlumata görə, İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32- də iki yeraltı təkan (zəlzələ) baş verib. Zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.
Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır.
00.18
Azərbaycanda 6 maqnituda gücündə zəlzələ baş verib.
Yeniavaz.com AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.